Sosial

Cahangir Hacıyevin həbsdə aclıq etdiyi deyilir

17 Sentyabr, 2018
1424
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna keçmiş bankirin yaxınları məlumat verərək bildirib ki, C.Hacıyev ona təzyiqlərin artmasına etiraz edir.

"Son vaxtlar Cahangir Hacıyevə qarşı münasibətlər daha da sərtləşib. Qanunsuzluq baş alıb gedir. Ailə üzvləriylə görüşməyə imkan verilmir, telefon danışığı hüququndan məhrum edilib. Hətta onun üçün aparılan yeməyin qəbuluna da qadağa qoyulub. O da özünə qarşı qanunsuzluqlara etiraz olaraq, aclıq etmək qərarına gəlib. Adamı ən adi hüquqlarından da məhrum ediblər", – C.Hacıyevin yaxınları belə deyir.

Penitensiar Xidmət isə təcridxanada C.Hacıyevin təzyiqlərlə üzləşməsi, hüquqlarının pozulması barədə deyilənləri qəbul etmir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, başqa məhkumlara münasibət necədirsə, C.Hacıyevlə də o cür davranılır: "Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur. Hamıya necə, ona da elə. O da daxili intizam qaydalarına əməl etməlidir. Qanunvericilikdə məhkumlar üçün nə qədər görüş, telefon danışığı nəzərdə tutulubsa, o da o qədər istifadə edir".

M.Sadıqov əlavə edib ki, C.Hacıyev aclıq etsəydi, yəqin ki, Penitensiar Xidmətin bundan xəbəri olardı.

2015-ci ilin dekabrında həbs edilən C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

C.Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo