Siyasət

Cahangir Hacıyev keçmiş deputatla birlikdə məhkəmə qarşısına çıxarılacaq

16 Oktyabr, 2018
1296
15 illik həbs cəzası çəkən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxarılacaq. Bu dəfə o, parlamentin keçmiş deputatı Dünyamin Xəlilov və daha 18 şəxslə birlikdə mühakimə olunacaq, xəbəri "Azadlıq Radiosu" yayıb.

Uzun illər aralarında dostluq münasibətləri olan Hacıyev və Xəlilov bundan əvvəl ayrı-ayrılıqda mühakimə olunub və müvafiq olaraq 15 və 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırki cinayət işi ABB-nin Moskva filialının xarici kreditlərin verilməsi fəaliyyəti ilə bağlıdır. Cinayət işi üzrə ibtidai istintaqa xitam verilib. Təqsirləndirilən şəxslər və onların vəkilləri artıq iş materialları ilə tanış olublar. Amma Hacıyev hələlik materiallarla tanış olmağa davam edir.

Yeni iş üzrə Hacıyevə qarşı CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

ABB-nin keçmiş sədrinin bacısı Əminə Hacıyevanın sözlərinə görə, qardaşına iş materialları ilə tanış olmaq üçün noyabrın 15-nə qədər vaxt veriblər. O qeyd edib ki, Hacıyev 360 cildlik işlə tam tanış olmaqda israrlıydı. "Amma buna imkan vermədilər. Cahangir Hacıyev deyir ki, əvvəlki işdə olduğu kimi, bu işdə də çox sayda saxtakarlıqlar var. Buna görə o, bütün işi ətraflı şəkildə oxumaq istəyir", deyə o bildirib.

Bacısının sözlərinə görə, Hacıyev vergi ödənişindən yayınma və mənimsəmə ittihamlarını cəfəng hesab edir. " Əvvəla, Moskva filialının rəhbərliyi olub. Əgər orada vergi verməsəydilər, o filialı 15 il Moskvada işləməyə qoyardılarmı? Çoxdan bağlayardılar. Yaxud da çirkli pulların yuyulması... Cahangiri həbs eləyəndən sonra ofşorları araşdırdılar ki, bunun orada nəyisə var, yoxsa yox. Heç nə tapmadılar. Sadəcə, Cahangiri qurban seçiblər, ölkədə nə qədər problem var, yıxıblar onun üstünə...", deyə Ə.Hacıyeva bildirib.

Britaniya hakimiyyətinin bankirin həyat yoldaşı Zamirə Hacıyevanın aktivlərini dondurmasına gəlincə, Cahangir Hacıyevin bacısı iddia edir ki, o, bu daşınmazı ABB-nin fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi biznesi sayəsində əldə edib.

Böyük Britaniyanın Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyi (NCA) Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın aktivlərini onun univermaqda böyük vəsait xərcləməsindən və bahalı daşınmaz əmlak almasından sonra dondurub. Zamirə Hacıyevaya qarşı suallar onun Harrods univermağında 16 milyon funta yaxın vəsait xərcləməsindən və Britaniyada 20 milyon funtdan çox dəyəri olan daşınmaz əmlak almasından sonra yaranıb.

 
Turan

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo