Manşet

"Bu o deməkdir ki, orta əsrlərə qayıdırıq" - Qaşıqçı olayına münasibət

19 Oktyabr, 2018
2370
"İndi dünyada ən böyük problem belə cinayətlərin cəzasız qalmasıdır"

Jurnalist Camal Qaşıqçının  Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürüldüyü bildirilir.  

Ehtimal olunur ki, jurnalist baş konsulun kabinetində qətlə yetirilib və onun cəsədi doğranıb.  

Araşdırmaçı jurnalist Xədicə İsmayıl bu hadisəni tarixin gedişatına qarşı cinayət sayır: "Dəhşətlidir. Bu, o deməkdir ki, biz yenidən orta əsrlərin vəhşiliyinə qayıtmışıq. Dünya da buna normal göz yuma bilir”.

"Bu hadisəni dinə bağlamağın heç bir əsası və mənası yoxdur. Doğrudur, Səudiyyə Ərəbistanı qılıncı öz bayrağına həkk etməklə bir qılınc dövləti olduğunu göstərir. Dinlə bağlı olsa da, olmasa da, bu, özü zorakılığın təbliğidir. Əsas məsələ budur ki, hansısa dövlət qurumu bir adamı öldürməyi özünə icazə verəndə cəzasız qalacağını bilir. İndi dünyada ən böyük problem belə cinayətlərin cəzasız qalmasıdır”, -  deyə jurnalist bildirib.
 
Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyib ki, bu, tarixə qəddarlıq nümunəsi kimi düşəcək: "Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda baş verənlərlə bağlı səsləndirilən versiyalar doğru çıxarsa, bu, tarixə junalistlərə qarşı baş vermiş ən dəhşətli qəddarlıq nümunələrindən biri kimi düşəcək. Hazırda itkin düşmüş sayılan şəxs jurnalistdir. Ölkəsindəki rejimi tənqidləri ilə tanınıb, onun başına gələnlər də peşə fəaliyyəti ilə bağlıdır. Məncə, heç bir cinayət belə cəzaya layiq deyil. Jurnalist peşəsi fəaliyyətinə belə dözümsüz yanaşma isə olsa-olsa, bəlkə feodalizm dövrünə xas sayıla bilər”.

"Ancaq yaxşıdır ki, dünyanın bir nömrəli məsələsi halına gəlib. Olayın günahkarları mütləq cəzasını almalı, onlar cəzalandırlana qədər də olay gündəmdə qalmalıdır. Bunun medianı, jurnalistləri düşmən kimi görən rejimlərin gözünün qorxudulması baxımından müəyyən pozitiv təsirləri ola bilər”, - ekspert əlavə edib.

Müstəqil  jurnalist Seymur Kazımov deyir ki, jurnalistlərə qarşı nəinki qətllər, bütün zorakılıqlar lənətlənməlidir: "Bunu başqa formada izah etmək mümkün deyil. Jurnalistin vəhşiliklə qətlə yetirilməsi onu göstərir ki, böyük dövlətlər və idarəçilər bir sözün qarşısında nə qədər acizdirlər”.

"Jurnalist hər zaman antidemokratik cəmiyyətlərdə haqqın carçısı rolunda olmaq məcburiyyətində qalır. Əfsuslar olsun ki, bu cəmiyyətlərdə jurnalistin göstərdiyi problemləri qısa bir zamanda həll etmək əvəzinə, jurnalistin özünü "zərərsizləşdirirlər”. Kobud şəkildə desək, qətlə yetirirlər. Buna qarşı qanuni bütün səlahiyyətlər çərçivəsində mübarizə aparılmalıdır. Jurnalist öz peşə borcunu yerinə yetirir. İnsanlar da bu peşəyə dözümlü, tolerant yanaşmağa məcburdurlar”, - jurnalist deyib.

Jurnalist Camal Qaşıqçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunun binasına daxil olduqdan sonra  itkin düşüb. O, Səudiyyə Ərəbistanı vətəndaşı, "Vaşinqton post” qəzetinin əməkdaşıdır.


Nigar Mübariz
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo