Dünya

Britaniyanın "Brexit"lə bağlı əlava danışıqları rədd edilib

11 Dekabr, 2018
1090
Avropa rəsmiləri Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brexit) ilə bağlı razılaşmaya yenidən baxılmasının mümkünlüyünü istisna ediblər.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, Böyük Britaniyanın baş naziri Theresa May dekabrın 11-də Berlində Almaniya kansleri Angela Merkellə bu məsələni müzakirə edib. Lakin Almaniyanın DTP agentli adı çəkilməyən mənbələrə istinadla xəbər verir ki, Merkel deyib ki, "Brekzitlə bağlı növbəti danışıqlar olmayacaq".

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-də bildirib ki, Avropa Birliyi ilə Britaniya arasında əldə edilən razılaşma ən yaxşı mümkün variantdır.

Theresa May "Brekzit"lə bağlı dekabrın 10-da parlamentdə keçirilməli olan səsverməni təxirə salamalı olub. Razılaşmanı parlamentdən keçirmək üçün baş nazirin lazımınca dəstəyi yoxdur.

İndi Theresa May çətin vəziyyətə düşüb.Onun sözçüsü bildirib ki, hökimət məsələ ilə bağlı səsverməni gələn il yanvarın 21-də keçirməyi planlaşdırır.
Əgər kabinet səsverməni uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta "Brekzit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardn biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar. Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada "Brekzit"dən imtina edə bilər.



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo