Dünya

BMT: "Yəməndə bütöv bir nəsil qida çatışmazlığından yoxa çıxa bilər"

15 Fevral, 2019
1090
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı çərşənbə xəbərdarlıq edib ki, davamlı qida çatışmazlığı səbəbilə bir nəsil yəmənli uşaq ölə bilər.

Yəməndə demək olar dörd ildir davam edən müharibə nəticəsində on minlərlə insan ölüb, iqtisadiyyat çöküb, milyonlarla insan aclıqla üzləşir.

BMT dekabr ayında İsveçdə əldə olunan atəşkəsin imzalanmasına və qoşunların Yəmən idxallarının əsas giriş nöqtəsi olan Hüdeydədən çıxarılmasına çağırır.

Davam edən sülh danışıqlarının əsas məqsədi cəbhə bölgəsindəki BMT-nın 51 min ton buğda və üyütmə avadanlıqlarına çıxış əldə etməkdir.

Hüdeydə əhalisinin 70 faizi döyüş səbəbilə şəhərdən qaçıb. Dünya Ərzaq Proqramının diyetoloqu Trast Mlambo deyib ki, uzun müddətdə Hüdeydədə qida çatışmazlığı ilə üzləşən uşaqlar düzgün qidalanmaqdıqları üçün xəstəliklərə müqavimət göstərməkdə və məhsuldar olmaqda çətinlik çəkəcək.

"Birincisi, düşünürəm ki, kəskin qida çatışmazlığı ilə üzləşən bu uşaqlar həyatını itirəcək. Uzun müddətdə bu vəziyyət uşaqların məhsuldarlığına təsir göstərəcək, çünki onlar düzgün şəkildə qidalanmadan böyüyücək. Onlar xəstəliklərə müqavimət göstərə bilməyəcək, produktiv olmayacaq. Buna görə də, bizim bu uşaqları müdafiə edib, onlara xidmət göstərməyimiz çox mühümdür”, Mlabo söyləyib.

İki yaşlı Ruida Əbdül Rəhman Yəmənin paytaxı Sənadan 75 kilometr uzaqdlıqda yerləşən Həcca şəhərində xəstəxanada müalicə olunur. O, çox kəskin qida çatışmazlığından əziyyət çəkirdi, lakin Dünya Ərzaq Proqramının təmin etdiyi xüsusi qidalar sayəsində onun vəziyyəti yaxşılaşır. Onun atası Əbdül deyir ki, bütün ölkə qida çatışmazlığından əziyyət çəkir və müharibə nəqliyyat şəbəkələri və tibbi yardımı məhv edib.

"Müharibə səbəbilə heç bir nəqliyyat, tibbi yardım yoxdur. Hər yerdə qida çatışmazlığı hökm sürür. Elə bil aclıq vəziyyətindəyik. Ölkə boyu uşaqlar əziyyət çəkir” o deyib.

Amerikanın Səsi


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo