17:02, 18 Mart 2019 (Bazar ertəsi) 340

Baş redaktora hökm oxunub

Baş redaktora hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, martın 18-də hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin edilib.

Prokuror çıxışında A.Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəmişdi.

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.