11:30, 23 Aprel 2019 (Çərşənbə axşamı) 204

Baş Nazir kompensasiya qaydalarına dəyişik edib

Baş Nazir kompensasiya qaydalarına dəyişik edib
Nazirlər Kabineti polis əməkdaşlarına; hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası; xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyası; ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin ödənməsi; miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin ödənməsi qaydalarında dəyişiklik edib.

Yeniliyə görə, Bakı şəhərində 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat; başqa şəhər və rayon mərkəzlərində 75 manat; digər yaşayış məntəqələrində 55 manat ödəniş müəyyənləşir.

Qərar 2019-cu il martın 1-dən qüvvədə sayılır.
 
Novator.az