Sosial

Bakıda qəzet redaksiyasına giriblər

12 Oktyabr, 2018
1407
Oktyabrın 11-dən 12-nə keçən gecə Bakıda rusdilli "Novoye Vremya" qəzetinin redaksiyasına giriblər.

Bu haqda AzadlıqRadiosuna qəzetin təsisçisi Musa Ağayev məlumat verib. Onun sözlərinə görə, kimliyi bəlli olmayan şəxs və ya şəxslərin redaksiyanın ofisinə girməsindən səhər saatlarında xəbər tutublar. Ofisə gələn işçilər redaksiya avadanlıqlarının, sənədlərin alt-üst edildiyinin şahidi olublar.

Olayla bağlı polisə məlumat verilib. Təsisçinin sözlərinə görə, günün birinci yarısında Nərimanov Rayon Polis İdarəsinin 30-dan çox əməkdaşı redaksiyada araşdırma aparıb.

"Polis əməkdaşları araşdırmalarını başa çatdırdılar, əl izləri götürüldü. Müəyyən edildi ki, redaksiyaya pəncərənin "reşotka"sını əyərək daxil ola biliblər, pəncərələrdən biri yarıaçıq olub. Hələlik, dəqiq motiv bəlli deyil. Ancaq polislər ilkin ehtimal kimi oğurluq versiyasını qeyd edirlər. Kompüterlər, digər texniki avadanlıqlar yerindədir, aparmayıblar. Yalnız suvenir əşyaların aparıldığını müəyyən etmişik", - təsisçi deyib.

O, özlərinin hər hansı ehtimallarının olmadığını ifadə edib. Bildirib ki, təsisçisi olduğu media heç vaxt şəxsi motivli məzmun paylaşmayıb, daima ictimai-siyasi məzmunlu yazılar yayılıb.

Rəsmi qurumlar, hələlik, olayla bağlı hər hansı məlumat yaymayıblar.

Məsələyə ayrılıqda da Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo