15:45, 24 Aprel 2019 (Çərşənbə) 322

Azərbaycanla Avropa İttifaqı arasında danışıqların növbəti mərhələsi keçirilir

Azərbaycanla Avropa İttifaqı arasında danışıqların növbəti mərhələsi keçirilir
Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Nümayəndə heyəti Bakıya dünən gəlib. Tərəflər artıq ikinci gündür işləyirlər", - D.Daniilidis deyib.

Bakıda keçirilən görüşlər zamanı ticarət məsələləri müzakirə olunur.

Report.az