İqtisadiyyat

"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan qaçır" - Ekspert

29 Sentyabr, 2018
2259
Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq cədvəlində Azərbaycan bu il 106-cı yerdə qərarlaşıb.

Reytinqə görə ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zelandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir.

İqtisadi azadlıq reytinqinin ilk onluğunda qonşu Gürcüstan da var: bu ölkə 7-ci sırada qərarlaşıb.

Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.

Reytinq cədvəlindən də göründüyü kimi Azərbaycan aşağı pillələrdə qərar tutur. 

Bəs görəsən iqtisadi azadlıq üçün Azərbaycanda nə çatışmır?  Bu reytinqin səviyyəsini qaldırmaq üçün Azərbaycanda hansı tədbirlər görülməlidir?

İqtisadçı ekspert Natiq Cəfərli Toplum TV-yə bildirib ki, bu tip reytinqlərdə Azərbaycanın aşağı yer tutmasının bir çox səbəbləri var: "Bu səbəblərdən biri  xroniki səbəblərdir. İllərdir davam edən inhisarçılıqla,  korrupsiya ilə bağlı Azərbaycanın reytinqlərdə  aşağı yer tutması iqtisadi azadlıqlıqlarla da bağlı reytinqə təsirini göstərir. Bundan əlavə, Azərbaycanın əsas problemlərindən biri Ümumdünya Ticarət Təşkilatına üzv olmamaqdır. Və bu Ümumdünya Ticarət Təşkilatına üzvlükdən qaçırlar. 20 ildir danışıqlar getsə də, üzv olmurlar".
Natiq Cəfərli məhkəmə sistemində çatışmazlıqların olmasını bu kimi reytinqlərdə Azərbaycanın aşağı yerdə qərarlaşmasına səbəb göstərir: "Digər səbəb isə məhkəmələrlə bağlıdır. Azərbaycanda iqtisadi azadlıqların əsas indikatorlarından biri azad və ədalətli məhkəmə sistemidir. Çox təəssüf ki, Azərbaycanın bununla bağlı həmişə problemləri olub. Həm Avropa İnsan Hüquqları məhkəməsində, həm beynəlxalq məhkəmələrdə Azərbaycanla bağlı, investisiyalarla bağlı problemlər yaşanıb. Bir neçə belə məşhur keyslər var. Məsələn, Hüseyn Arabulla bağlı, Paulo Pərvizlə  bağlı və  bir çox investorlarla bağlı keyslər var. Bu da ölkədə ədalətli və azad məhkəmələrin olmamasını sübut edir.”,- iqtisadçı belə deyir.
 

Ekspert düşünür ki, bəziyyətin yaxşılaşdırılması üçün Ümumdünya Ticarət  Təşkilatına üzvlük məsələsi həll olunmalıdır: "Eyni zamanda da həm daxili, həm xarici investorlarla bağlı azad və ədalətli məhkəmə sisteminin olduğu güvəncini vermək üçün addımlar atılmalıdır. Bu addımların nəticəsi olaraq həm korrupsiya ilə bağlı, həm də inhisarçılıqla bağlı ciddi mübarizələr aparılmalıdır. Bunun nəticəsi də olaraq, Azərbaycan öz reytinqini yüksəldə bilər".

İqtisadçı ekspert Elşən Bağırzadənin sözlərinə görə  isə adıçəkilən qurumun yayınladığı hesabatın təməlində iqtisadiyyatda liberalizm fəlsəfəsi dayanır: "Azərbaycan son dövrlər əvvəlki illərlə müqayisədə bu reytinqdəki mövqeyini sürətlə yaxşılaşdıran ölkələrdəndir. Bu il Azərbaycan qeyd olunan reytinqdə bir sıra ölkələrdən, eləcə də Avropa İttifaqı üzvü olan Yunanıstandan, post-sovet ölkələri olan Ukrayna və Belarusdan öndədir".
 

Ekspert deyir ki, bu il Azərbaycan "hüquq sistemi və mülkiyyət hüquqlarının qorunması"  göstəricisi üzrə 162 ölkə arasında 58-ci, "beynəlxalq ticarətin liberallığı" göstəricisi üzrə 75-ci yerdə qərarlaşıb ki, bunu Azərbaycan kimi ölkə üçün yaxşı yer hesab etmək olar.

Ekspert bildirir ki, Azərbaycanda son iki ildə aparılan islahatlar burda öz əksini tapmayıb: "Bir də nəzərə almaq lazımdır ki, bu hesabat yeni yayınlansa da göstəricilər 2016-cı ili əhatə edir. Düşünürəm ki, hesabatın növbəti nəşrlərində digər göstəricilər üzrə də Azərbaycanın mövqeyində irəliləmələr müşahidə edəcəyik".

Samirə Əliyeva
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo