Sosial

''Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur''

26 Sentyabr, 2018
1358
"Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 25-də keçirilən iclasında belə deyib.

O vurğulayıb ki, bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur: "Ölkədə olan bütün texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək”.

Ə.Əmiraslanov deyib ki, sadəcə insanlar arasında da düzgün təbliğat aparılmır. "Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur. Əvvəllər texnologiyalardan, avadanlıqlardan geri qalırdıq, ancaq bu gün tibb müəssisələrimiz bütün müasir texnologiyalarla təmin olunub.

İcbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir

Komitə sədri deyib ki, böyük insan tələbatına səbəb olan vərəm xəstəliyi bu gün dünyanı ən çox narahat edən problemdir . Onun sözlərinə görə, bu məsələ Azərbaycanda hər zaman diqqədə saxlanılır: "Həmçinin, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmə keçirməyi planlaşdırırıq" .

Ə.Əmiraslanov deyib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir.

Hazırda icbari tibbi sığora sistemi polit layihə olaraq Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo