Siyasət

Azərbaycan Mətbuat Azadlığı İndeksində niyə geriləyir?

22 Aprel, 2019
1349
Azərbaycan 2018-ci illə müqayisədə geriləyərək 180 ölkə arasında 166-cı olub. Belə ki, ötən il Azərbaycan 162-ci pillədə qərarlaşmışdı.

Hesabatda bildirilir ki, müstəqil jurnalistlər və blogerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar: "Zerkalo” və "Azadlıq” qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb. Mühacirətdə müqaviməti davam etdirənləri susdurmaq üçün hakimiyyət onların Azərbaycandakı ailə üzvlərinə təzyiq göstərir. Rejim Gürcüstan və Ukraynada jurnalistləri həbs etdirməklə, Fransada məhkəməyə müraciət etməklə repressiyasını ixrac edib. Rejim yalnız təzyiq altında geri çəkilə bilər – belə bir təzyiqə həmişəkindən daha çox ehtiyac var”. 

"Jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər. Bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçilik tez-tez ciddi zorakılıq forması alır, jurnalistlər üçün qorxu və təhlükə görünməmiş həddə çatıb”, - hesabatda qedy olunur. 

Bu statistikaya görə ən gerilərdə olan ölkələrdən bəziləri bizim qonşu ölkələrdir. 

İran 170-ci, Türkmənistan 180-cı, Rusya 149-cu, Türkiyə 157-ci yerdədi. Ermənistan və Gürcüstan isə 60-61 yerdə qərarlaşıb. 

Bəs bizdə bu statistik göstəriciyə görə ekspertlər nə düşünür?

Medianın hüququ üzrə ekspert, hüquqşunas Ələsgərli Məmmədlinin fikrincə, Azərbaycanın statistikada gerilməsinə səbəbi ölkədə media və ifadə azadlığının tamamilə məhdudlaşdırmasıdır: "Ölkədə media və ifadə azadlığı son illər tamamilə məhdudlaşdırılıb. 2018-ci ildə sosial media aktivistlərinin polis bölmələrinə çağrılıb, "polisə müqavimət” maddəsiylə həbs ediliblər. Məhkəmə qərarı olmadan bəzi xəbər saytların bloklanması halları olub. Bunların bəziləri məhkəməyə qədər gedib çıxıb ki, o da 2018 avqustun 1-də "Arqument.Az” saytının blokunu qaldırılıb. Öncədən çap və online mediaya müdaxilər getdikcə artması Azərbaycanın reytinqdə get-gedə geriləməsinə gətirib çıxarır".

Ələsgər Məmmədlinin sözlərinə görə, ölkədə 2-3 min tirajı olan qəzetlərin belə oxucusu yoxdur: "Azərbaycanda 60-a yaxın sayt bloklanıb. Azadliq radiosunun, MeydanTv xırda, amma faydalı onlarla saytın girişinə məhdudiyət qoyulub. Basta.info və kriminal.az saytlarının rəhbərlərini şərti azadlıqdan məhrum ediblər ki, guya "Gəncə hadisələri" ilə bağlı yaydıqları xəbərlər dövlətin mənafeyinə zərbə vurub. Bu rejimin jurnalistləri, redaktorları tez-tez prokurorluğa çağrılması onlara heç bir huquqi əsas olmadan xəbərdarlıq edilməsi ona hesablanıb ki, jurnalistlər gördüklərini yazmaqdan çəkinsinlər. Əslində, bununla ictimai sensura yaradırlar. Bu da birbaşa ifadə azadlığına və media azadığına vurulmuş zərbədir”.

Hüquqşünas deyir ki, bu problemləri aradan qaldırmaq üçün hakimiyyət basqılardan uzaq durmalıdır: "Avropa İnsan Haqları Konvensiyasına əməl etməli, Avropa Məhkəməsi yurdiksiyasının Azərbaycanla bağlı çıxardığı qərarlardan dərs çıxarmalıdırlar. Bundan sonra hüquq mühafizə orqanları jurnalistlərin fəaliyyətinə hər hansı qanunsuz müdaxiləsinə icazə verilməməlidir. Sosial mediaya basqılar aradan qaldırılmalı, Milli Televiziya və Radio Şurasının fəaliyyətinə demokratiya gətirilməlidir. İctimai televizya mahiyyətini dəyişib, cəmiyyətin problemlərini efirə daşıyan həqiqi ictimai bir yayım etməlidir. Həbsdə jurnalist qalmamalıdır".

Jurnalist Seymur Kazımova görə, Azərbaycanda medianın özündə müsbət bir irəliləyiş olmadığına görə, beynəlxalq hesabatlarda mənfiyə tərəf geriləmə yaşanır: "Azərbaycanda müstəqil media olmadığı kimi, onun reklam bazarı və iqtisadi dayaqları da yoxdur”.

O hesab edir ki, problemin yeganə həlli azad media mühiti yaratmaqdan ibarətdir: "Media azad olduqdan sonra öz fəaliyyətini tənzimləyə bilir. Bu zaman reklam, satış, abunə kimi məsələr də tədricən həllini tapır. Bundan əlavə, azad media iqtisadi cəhətdən də müstəqil olur və auditoriyanın maraqlarna uyğun fəaliyyət göstərir. Azad media mühiti həm də sağlam rəqabətin əsasını təşkil edir. Bu və ya digər müsbət tendensiyalar yaşandığı tədqirdə, Azərbaycanın adı hesabatlarda layiqli yerlərdə olar”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli isə bu hesabatı qərəzli adlandırıb: "Problem Azərbaycanda deyil, problem bu tip təşkilatların Azərbaycana qarşı yanaşmasındadır. Biz onların saytlarını və hesabatlarını izliyirik. Onlar hesabatlarında Ermənistanda mediada baş verən jurnalist ölümlərini görməzdən gəlir. Saytlarında belə yerləşdirmir. Bu təşkilatın saytına baxsaq, görərik ki, əsasən müsəlman-türk ölkələrini son sıralarda göstərirlər".
Araştırmaçı jurnalist Xədicə İsmayılın fikrincə, bu hesabatın iki tərəfi var: "İki tərəfi var bu hesabatın. Birisi yaxşı tərəfidir ki, hökumət bizdə nə qədər medianı məhv etsə də, məhv olmuruq. Ona görə də hökumət basqıları artırır. Pis tərəfi isə repressiyaların artmasıdır ki, qəzetləri məhv etdilər, öz nəzarəti altına aldılar. Xarici medianı öncə yerli dalğalardan, daha sonra internet məkanından silməyə çalışdılar. Saytlar bloklandı. Buna görə də hər il get-gedə Azərbaycan hesabatda geriliyir".

Əbülfət Baxşəli
Toplum.TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo