İqtisadiyyat

''Azərbaycan kartofa olan təlabatını da ödəyə bilmir'' - Ekspet

13 Noyabr, 2018
1459
"Azərbaycan Ermənistandan 2,6 dəfə az kartof istehsal edib".

Bunu "Facebook" hesabında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov yazıb.

O, sözlərinə sübut kimi Dövlət Statistika Komitəsinin (DSK) məlumatını təqdim edib:

"MDB ölkələrində illik adambaşına kiloqramla kartof istehsalı göstəriciləri belədir: Аzərbaycan- 94, Ermənistan- 245, Belarus- 630, Ukrayna – 531, Qazaxıstan- 200, Qırğızıstan- 228. Normada adambaşına 125 kiloqram olsa da, biz ondan da az istehsal edirik”.
Ekspert hesab edir ki, hakimiyyətin aqrar sektordakı idarəetməsi "ikinci çörəyin" istehsalını da bərbad vəziyyətə salıb. Azərbaycan özünün kartofa olan təlabatını da daxili istehsal hesabına ödəyə bilmir”.

Onun sözlərinə görə, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011–ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində 67,4 min ton kartof idxal olunduğu halda, 2016-cı ildə 33,7 milyon dollar dəyərində 182,9 min ton kartof idxal olunub:

"Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib. Bu azmış kimi 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib".

O qeyd edib ki, əvvəlki ilə nisbətən 2017-ci ildə kartof əkini sahəsi 2 min hektar azaldılıb.

"Artıq demək olar ki, ölkə bu sahədə də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Bu kimi səbəblərdən də adambaşına kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur. MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından xeyli çox məhsul istehsal edirlər. Bu qədər məhsul onların istehlak təlabatını ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir".

V.Məhərrəmov bildirib ki, adambaşına istehlak norması 125 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına 94 kiloqram kartof istehlak edir. Ermənistan əhalisi isə 2016-ci ildə bizdən 2,6 dəfə də çox, yəni adambaşına 245 kiloqram kartof istehlak edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo