Yanvarın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bu quruma daxil olan bir sıra ölkələrinin səfirliklərinin məsul şəxslərinin 1 sayli İstintaq Təcridxana-sında Mehman Hüseynov-la görüşdüyü bildirilir.
Bu barədə "Trend” agentliyi diplomatik dairələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onların yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olduqları bildirilir.
Agentlik bu görüşə aid olduğu bildirilən foto da yayıb.
" Turan” agentliyi-nin xəbərinə görə, Penitensiar Xidmətin İctyimaiyyətlə Əlaqələr Şöbəsi diplomatların blogerlə görüşünün olduğunu onlara təsdiq edib.
"Bəli, diplomatlar yanvarın 11-də Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraiti ilə tanış olub, konfidensial şəraitdə söhbət ediblər,” Penitensiar Xidmətin İctyimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
Bununla yanaşı, görüşdə iştirak edən diplomatik nümayəndəliklər, hələ, hər hansı məlumat yaymayıb.
Mehman Hüseynovun vəkilləri də görüş barədə məlumatsızdırlar.
Bloger M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.
Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.
Yanvarın 8-də blogerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.
Amma vəkil Şəhla Hümbətova blogerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: "O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.