21:54, 19 Oktyabr 2018 (Cümə) 217

Avropa Məhkəməsi Polşa ilə bağlı qərar çıxarıb

Avropa Məhkəməsi Polşa ilə bağlı qərar çıxarıb


/ DÜNYA
Avropa Məhkəməsi Polşa hökumətinin Ali Məhkəmə hakimləri üçün təqaüd yaşının aşağı salınmasını nəzərdə tutan qanunun müddəalarının icrasının dayandırılması ilə bağlı qərar çıxarıb. 

"Report” xəbər verir ki, məhkəmənin rəsmi saytında bu barədə məlumat yerləşdirilib.

Daha əvvəl Avropa Komissiyası bu istiqamətdə keçirilən məhkəmə islahatına görə Polşanı Avropa İttifaqı məhkəməsinə vermək qərarına gəlmişdi.