Siyasət

Avropa Məhkəməsi Azərbaycan hökumətin 3 min 500 avro cərimələyib

15 Noyabr, 2018
1207
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Məhkəmə Arif Aslanov işi üzrə hökuməti cərimələyib.

AİHM bu gün, noyabrın 15-də qərarın mətninin yayıb.

Sözügedən iş böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilən məhbus Arif Aslanovun həbsxanada vəfat etməsi ilə bağlıdır.

A.Aslanovu 2007-ci ildə ölümə təşəbbüs göstərmək iddiası ilə Milli Təhlükəsizlik Nazirliyi saxlayıb və barəsində həbs tədbiri seçilib.

Şikayətə görə, böyrək çatışmazlığından əziyyət çəkən A.Aslanov MTN-in təcridxanasında birnəfərlik kamerada saxlanıb.

Qərarda yazılır ki, təcridxanada səhhətində ciddi problemlər yaranan A.Aslanovu dializ məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər. Ancaq onun sağlıq durumu getdikcə pisləşib və 2008-ci ilin yanvarında vəfat edib.

Tibbi sənədlərə görə isə, o, ürək çatışmazlığından vəfat edib.

Ölüm hadisəsi ilə bağlı araşdırma başlansa da, prokurorluq cinayət işi açılmasından imtina edib. A.Aslanovun oğlu Emil Aslanov həmin qərardan şikayət verib. Lakin yerli məhkəmələr həmin şikayətləri təmin etməyiblər.

Ərizəçi AİHM-ə müraciətində iddia edib ki, yerli məhkəmələr onların şikayətlərinə baxarkən Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncənin yolverilməzliyi) və 5-ci (Azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusuna yol verib.

AİHM yekun qərarında mərhumun azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qərara əsasən. Azərbaycan hökuməti ərizəçiyə maddi və mənəvi ziyana görə ümumilikdə 3500 avro ödəməlidir.

Bu qərara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bu qurumun 20-yə qədər yüksəkrütbəli əməkdaşları müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunub. Həmin nazirliyin bazasında iki qurum- Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo