İqtisadiyyat

Arıçılara subsidiya veriləcək - YENİ QAYDA

20 Sentyabr, 2018
1699
Nazirlər Kabineti arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydasını təsdiq edib. 

Qaydalar 5 il qüvvədə olacaq.

Subsidiya verilməsi üçün arı ailələri Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"nın tələblərinə uyğun uçota alınmalıdır.

Qaydalara görə,

a) arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları uçota alınmalıdır;
b) subsidiyanın təyin olunmasını yerlərdə yaradılacaq komissiyalar müəyyən etməlidir;
v) arıçılar şəxsiyyət vəsiqəsi, VÖEN-in, bank hesabına malik olmalıdır;

q) arıçı əldə etdiyi məhsul barədə hər il oktyabrın 30-dək hesabat hazırlayaraq rayon (şəhər) komissiyalarına təqdim etməlidir.

Subsidiyanı təyin edəcək komissiyanın iş prinsipləri: 1. 15 gün müddətində yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə nümayəndəsi və arıçının iştirakı ilə məlumatlar yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edir; 2. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən akt tərtib edilir; 3. Aprel ayının 30-dan sonra əldə olunan arı ailələri növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya təyin olunur; 4. Arı ailələri satıldıqda, bağışlandıqda, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçı 5 gün müddətində komissiyaya məlumat verməli və aparılmış identikləşdirilmə ləğv edilməlidir; 5. hər il iyunun 15-dək subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatlar "Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilməli, hesablanmış subsidiya arıçının bank hesabına köçürülməsi üçün onların bank hesabına dair məlumatlar Nazirliyə göndərilməlidir; 6. Arıçıya dair sənədlər mərkəzi komissiya tərəfindən baxılmalı və 20 gün ərzində subsidiyanın verilməsi ilə bağlı sifariş Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməlidir; Bu mexanizm yalnız gələn ildən işə düşə bilər, bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların öz vəsaiti hesabına həyata keçirilməlidir, subsidiya mexanizmi yaxın 5 il müddətində qüvvədə olacaq.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo