Siyasət

'Aclıq edənləri vərəmli məhbusların həbsxanasına göndərəcəkləri ilə hədələyirlər''

18 Yanvar, 2019
931

Məhbusların aclıq aksiyasının 5-ci günüdür.

Bloger Mehman Hüseynova dəstək olaraq, "Siyasi məhbuslara azadlıq!” tələbilə 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən ictimai-siyasi fəallar aclığı davam etdirir. Bu haqda Meydan TV-yə aclıq edən dörd fəaldan birinin anası məlumat verib.

Bu müəssisədə saxlanan fəallardan "Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs olunan Bayram Məmmədov, jurnalist Elçin İsmayıllı və "Müsəlman Birliyi Hərəkatı"nın koordinatoru, dindar fəal Əhsən Nuruzadə yanvarın 13-də birgə məktub yayaraq, aclığa başladıqlarını bəyan edib.

"Beş gündür aclıq edirlər, amma bizdə olan məlumata görə, hələlik heç birinin səhhətində ciddi problem yoxdur. Əhvalları da yaxşıdır. Ancaq aksiyanı dayandırmaları üçün ciddi təzyiq altındadılar. Əvvəl həm onların özlərinə, həm də şəxsən bizə naməlum şəxs zəng edib, aclığı dayandırmasalar, müəssisəyə qoşun yeridiləcəyilə hədələyirdilər. Bildiyimə görə, son vaxtlar hədələrin məzmunu dəyişib. İndi də onları Qobustana (həbsxanaya), ya da vərəmli məhbusların saxlandığı 3 saylı müəssisəyə köçürməklə hədələyirlər", - aclıq edən məhbusun anası bildirib.

Onun sözlərinə görə, beş gündür övladı və daha üç fəal aclıq etsə də, onların aksiya keçirməsi barədə ərizələrini cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəbul etməyib.

Penitensiar Xidmət isə Mehman Hüseynova dəstək məqsədilə həbsdə olan başqa fəalların da aclıq etməsi barədə məlumatları təkzib edir. Penitensiar Xidmət bu barədə rəsmi açıqlama da yayıb:

"Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilmişdir. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo