13:47, 13 Mart 2019 (Çərşənbə) 141

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Martın 14-də Bakı və Abşeron yarımadasında gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə Abşeronda 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Martın 14-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təxmin edilir.