15:15, 11 Mart 2019 (Bazar ertəsi) 179

Bahalaşma statistikası

Bahalaşma statistikası
2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsulları və xidmətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz bahalaşıb. 

Dövlət Statistika Komitəsinin məumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.

Fevral ayında istehlak məhsulları və xidmətlərin yanvar ayına nisbətən 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 1,1 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin 0,2 faiz bahalaşdığı vurğulanır.