Siyasət

Milli Şura bəyanat yayıb

22 Fevral, 2019
972
Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinin 23 fevral mitinqinə razılıq verməməsi ilə bağlı bəyanat yayıb. 

Milli Şura xatırladıb ki, icra hakimiyyəti son 1 ayda artıq ikinci dəfədir onların mitinq müraciətinə mənfi cavab verir. Bundan əvvəl yanvarın 26-da eyni məkanda mitinq keçirmək üçün BŞİH-ə müraciət olunmuş, amma mənfi cavab alınmışdı:

"Şübhəsiz ki, BŞİH bu "yox” cavablarını Prezident Administrasiyasının, daha dəqiqi bilavasitə ölkə başçısı İlham Əliyevin göstərişi ilə verir. Vətəndaşların sərbət toplaşmaq hüququnu əlindən alan bu qərar ölkə Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddələrinin kobud şəildə pozulması, Azərbaycanın ATƏT və AŞPA qarşısındakı öhdəliklərinə ziddir. Azərbaycan hakimiyyəti dinc mitinqlərin təşkilinə sistemli şəkildə imkan verməməklə diktaturaya tam keçid etdiyini göstərir”.

Milli Şura hesab edir ki, 23 fevral mitinqinə razılıq verilməməsi də hakimiyyətin 19 yanvar mitinqindən sonra keçirdiyi qorxunun nəticəsidir:

"Hakimiyyət 19 yanvar mitinqində Azərbaycan xalqının kütləvi hərəkata keçid mərhələsində olduğunu gördü və bunun qarşısını almağın ilk yolu kimi növbəti dinc mitinqlərə razılıq verməməyi düşündü. Bu qanunsuz addımı dərhal xalqın müxtəlif təbəqələrini ələ almaq üçün görülən imitasiya xarakterli tədbirlər təqib etməyə başladı. Bununla yanaşı 19 yanvar mitinqinin təşkilatçılarına və iştirakçılarına kütləvi surətdə polisdən, başqa dövət orqanlarından hədə-qorxu və ələ alma zəngləri oldu. Bütün bu tədbirlər, hakimiyyətin düşüncəsinə görə, xalqın oyanışını əngəlləməli, mitinqlərin davamına kütləvi marağı azaltmalı idi”.

Bəyanat müəllifləri hesab edirlər ki, lakin 23 fevral mitinqinə "yox” deyilməsi də göstərir ki, hakimiyyətin gözləntiləri doğrulmayıb.

"Hakimiyyət dərk edib ki, Azərbaycan xalqının oyanışı artıq geridönməz xarakterdədir və nə hədə-qorxu, nə də ələ alma cəhdləri onu ölkədə köklü dəyişiklik istəyindən çəkindirə bilir. Xalq dinc etiraz mitinqlərinə daha çox ölkədə köklü dəyişikliklərə nail olmaq vasitəsi kimi baxır və bu üzdən də mitinqlərin iştirakçı sayı baxımından getdikcə böyüyəcəyi şübhəsizdir. Hakimiyyət məhz buna əmin olduğu üçün çıxış yolunu növbəti dəfə mitinqə razılıq verməməkdə görüb”.

Milli Şura bəyan edir ki, hakimiyyətin dinc mitinqlərə razılıq verməməklə vəziyyətdən çıxmaq istəyi kökündən yanlışdır:

"Dinc mitinq üçün müxalifətin müraciətlərinə davamlı "yox” deyilməsi hər şeydən əvvəl ölkə başçısı İlham Əliyevin yerli və xarici auditoriyalarda təkrarlamağı çox sevdiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı var, müxalifətin mitinqlərinə şərait yaradılır...” kimi sözlərinin inkarı, onun yalançı çıxarılmasıdır. Bu mövqe həmçinin ölkə daxilində ictimai-siyasi gərginliyi artırır, əhalinin dinc etirazlara imkan verilmədiyini görən müxtəlif təbəqələrini daha radikal hərəkətlərə, razılaşdırılmamış aksiyalara sövq edir və Azərbaycan hakimiyyətinə əlavə beynəlxalq təzyiqlər üçün əsas verir. Milli Şura hakimiyyəti bütün bunları nəzərə almağa, məsuliyyətli davranmağa və ölkədə sərbəst toplaşmaq azadlığının tamamilə ləğvindən çəkinməyə çağırır”.

Bəyanatda Milli Şura tələb edib ki, vətəndaşların Konstitusiya ilə qorunan toplaşmaq hüququna hörmət olunsun və bundan sonra dinc mitinqlər üçün ediləcək müraciətlərə qanunla nəzərdə tutulduğu kimi, müsbət cavab verilsin.

"Əks halda yarana biləcək istənilən xoşagəlməz hadisəyə görə hakimiyyət məsuliyyət daşıyacaq. Milli Şura öz tərəfdarlarına və ümumən Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətlə siyasi mübarizənin, sosial-iqtisadi etirazların, eləcə də kütləvi mitinqlərin təşkilində ən xəfif zorakı meyldən də çəkinsinlər, istisnasız olaraq dinc, qanuni vasitələrdən istifadə etsinlər. Xalqımızın oyanış dövründə hər hansı təxribata əsas vermək olmaz. Milli Şura beynəlxalq birliyə və dünyanın demokratik ictimaiyyətinə də səslənir ki, Azərbaycan hakimiyyətini tam diktaturaya keçid yolundan döndərmək üçün yubanmadan təsirli tədbirlərə əl atsın. Hakimiyyətin bu qanunsuzluğu ilə barışmaq fikrində deyilik, yaranmış situasiyaya uyğun sonrakı addımları, o cümlədən növbəti mitinqlərlə bağlı detalları müzakirə edir və yaxın günlərdə öz qərarlarını ictimaiyyətə açıqlayacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo