15:22, 13 Fevral 2019 (Çərşənbə) 398

Yağış, qar gözlənilir

Yağış, qar gözlənilir
Fevralın 14-də Bakı və Abşeron yarımadasında duman, çiskin gözlənir. Cənub küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır.