11:34, 19 Noyabr 2018 (Bazar ertəsi) 181

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı 2018-ci il oktyabrın 1-nə 9 milyon 959 min 245 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin  49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 103 min 371 doğulan körpə qeydə alıb.

Doqquz ayda 43 min 640 ölüm halı, 45 min 977 nikah, 11 min 102 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alıb.