14:35, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 165

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Noyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 14-də Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman ola bilər. Gecə 5-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.