Siyasət

"Get doğulduğun yerdə çəkiliş elə"- AUDİOMÜSAHİBƏ

3 Oktyabr, 2017
3101
Sentyabrın 30-da jurnalist İslam Şıxəli Lənkəran rayonunda Aşura mərasimindən reportaj hazırlayarkən yerli polis tərəfindən saxlanılıb.
Jurnalist hadisə ilə bağlı Toplum Tv-nin suallarını cavablandırıb.

- İslam bəy,  hadisə necə baş verdi? 

- Deməli mən Lənkərana getmişdim. Orada Böyük Bazar məscidində çəkiliş etməli idim. Mərasimin başlamasını gözləyirdim.Mərasim başladı  və mən də başladım çəkiliş etməyə.Oradakı polislərdən biri gəlib yaxınlaşdı mənə , dedi ki, nə edirsən burada? Dedim jurnalistəm, çəkiliş edirəm. Çəkiliş etmək hüququm var. Məndən çəkilişi dayandırmağı və onunla polis bölməsinə getməyi tələb elədi.Məscidin həyətinin çıxışında Lənkəran polis şöbəsinin rəisi İslam Hümbətov dayanmışdı. O göstəriş verib ki, aparın bunu, gözləyin gəlirəm.Biraz da təhqiramiz ifadələrlə. Apardılar məni ora , orada içəri girəndə qarnıma, mədəmə, sinəmə 1-2 dənə vurdular. Sonra rəis gəldi, söhbət etdi. Başa saldım ki, jurnalistəm ,mənim çəkiliş etmək hüququm var, bu çəkilişi Bakıda edə bilirəmsə, niyə bunu Lənkəranda edə bilməyim? O mənə dedi ki, sənin doğulduğun yer filan rayondu, bəs niyə gedib orada çəkiliş etmirsən, və yaxun niyə gedib Bakıda etmirsən Lənkərana gəlirsən? Mən də dedim ki, ölkə ərazisində istədiyim yerdə çəkiliş edə bilərəm.Dedi tələsmə, indi sənin telefonundan Bağdadinin ( İŞİD lideri Əbu Bəkir əl Bağdadi- red.) şəkli çıxacaq. Əslində orada çox söhbətlər oldu, polis üzümə durdu. Heç kəsə deməmişəm ki, çox uzanmasın şikayətimin məzmunu. Məni saxlama yerinə saldılar. Bir saata yaxın gözlətdilər, apardılar rəisin yanına, rəis dedi ki, gedirsən Bakıya, burayla bağlı material  çıxsa, məlumat versən özüm səni şəxsən tapacam, qanun çərçivəsində yox, öz bildiyim kimi cəzalandıracam. Gətirdilər məni Lənkəranın mərkəzinə, orada bir taksiyə otuzdurdular. Gecə hardasa saat 1 i di, taksi sürücüsü dedi ki, bir nəfərdi, mənim başqa adamım yoxdu aparım. Sürücüyə dedilər eybi yox, gözlə burada. Çantamı qoydular maşının baqajına və sürücüyə dedilər ki, Bakıya çatana kimi buna qaytarma. Gördüm gecdir, başqa maşınlar gedir. Çantamı götürdüm çıxdım gəldim Bakıya.
 

- Baş verənlərlə bağlı hansı addımları atacaqsız? 

-Bununla bağlı artıq Daxili İşlər Nazirliyinə və  Respublika Baş Prokurorluğuna şikayət vermişəm. Cavablarından asılı olaraq məhkəməyə müraciət edəcəm. Bir problemli  məsələ  də var ki, işi isbatlayacaq şahid yoxdur. Aparıldığımı görən adamlar olub, onlar da tamamilə kənar adamlar olub, mən orada tamamilə tək olmuşam. Dindarlar idi. Sadəcə, mən də onları tək-tək  haradansa tapa bilmərəm. Çünki mənimlə heç bir tanışlıqları yoxdu onların. Polisə gətirilməyimin sübutunu polis bölməsindəki kameralardan və oradakı qeydiyyat kitabçasından götürmək olar. Amma orada nə baş verib ,  məni nə qədər saxlayıblar - onları bilmirəm qeyd ediblər ya yox. Yaxud məhkəməyə müraciət etsək, o görüntüləri  verəcəklərmi ?! 

- Azərbaycanda  məmurların jurnalistlərə qarşı zorakılığı, zor tətbiq etmələri tez -tez olur. Ümumiyyətlə bunun qarşısını necə almaq olar? 

- Mənim fikrimcə bunun kökündə böyük dəyişiklik durur. Polisin, məmurun nəinki jurnalistə, istənilən vətəndaşa zor tətbiq etməməsi üçün polisin onlardan üstün sayılmaması lazımdır. Bunun üçün də insanın aliliyi, demokratik prinsiplər, plüralizm əsas rol oynayır. Məsələn, polis rəisi mənimlə danışanda "səni belə eləyə bilərəm, elə eləyə bilərəm" deyirsə, deməli o vəzifəsinə görə normal vətəndaşdan və digər peşə sahiblərindən özünü ayırır. Köklü dəyişiklik lazımdır. İnsanların beynində dəyişiklik olmalıdır, hakimiyyət dəyişikliyi olmalıdır.

Pərvanə Qurbanlı
Toplum.Tv 
 
 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo