15:10, 13 Fevral 2019 (Çərşənbə) 359

103 əcnəbi ölkədən çıxarılıb

103 əcnəbi ölkədən çıxarılıb
2019-cu ilin yanvar ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı üzrə 48 min 755 müraciət qeydə alınıb. 

Dövlət Miqrasiya Xidmətinin məlumatında belə deyilir.

Ay ərzində ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün 5 min 940 müraciət daxil olub.

Qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1213 qərar qəbul edilib. Qərarların 695-i inzibati cərimə tətbiqini nəzərdə tutub. Onların 476-da ölkəni tərk etmə tələbi qoyulub. 103 şəxs ölkədən çıxarılmaqla cərimələnib.